Əsas səhifə по-русски Новости Şirkətlər

Əlaqə :

055 228 93 99




“ASAN xidmət”dən kupça almaq üçün hansı sənədləri təqdim etmək lazımdır?

Published: 2018-09-30 0:24, Category: Xəbərlər -Новости

Yaşayış yerinin hüquqi sahibliyini bildirən kupçanı yalnız dövlət təhvil-təslim prosesini keçən mənzil sahibləri ala bilər. Azərbaycan prezidenti yanında fəaliyyət göstərən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyi “ASAN xidmət” mərkəzlərindən kupça almaq üçün təqdim olunmalı sənədlərin (mülkiyyət hüququ haqqında şəhadətnamə) siyahısını açıqlayıb. Yenimulk.Az abc-az-a istinadən xəbər verir ki, agentlikdən bildirilənə görə, yaşayış-kommunal kooperativlər tərəfindən tikilmiş mənzillərin ilkin qeydiyyatı üçün yalnız üç sənəd təqdim etmək lazımdır. “Mənzillərin ilkin qeydiyyatı üçün yaşayış-tikinti kooperativinin ümumi iclasının mənzilin təqdimi haqqında qərarı, kooperativ payında ödəmələrin yerinə yetirildiyi haqqında arayış və dövlət rüsumlarının ödənilməsi haqqında sənəd lazımdır” – bunu agentlikdən bildiriblər. Kupçaları yalnız yaşayış-tikinti kooperativləri tərəfindən tikilmiş, dövlət təhvil-təslim prosesini keçən və Daşınmaz Əmlak Dövlət Reyestr xidməti bazasına daxil edilmiş mənzillərin sahibləri ala bilər.

Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı məlumatlar

Published: 2018-09-30 0:30, Category: Vergi

Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı məlumatlar Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı  Metodiki Vəsait   1. Ümumi müddəalar   1.1. Bu Metodiki Vəsait Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır.  1.2. Bu Metodiki Vəsait yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının  hərəkətlərini müəyyən edir.    2. Yerli (bələdiyyə) vergi və ödənişlər   2.1. Yerli (bələdiyyə) vergilərə aşağıdakılar aiddir: 2.1.1. fiziki şəxslərin torpaq vergisi; 2.1.2. fiziki şəxslərin əmlak vergisi; 2.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;    2.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 2.2. Yerli ödənişlərə aşağıdakılar aiddir: 2.2.1. bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş; 2.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş; 2.2.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş; 2.2.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş; 2.2.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.  2.3. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilərlər. 2.4. Yerli (bələdiyyə) vergilərin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.   3. Fiziki şəxslərin torpaq vergisi   3.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. 3.2. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir. 3.3. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır. Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpaqdan istifadə hüququ daimi, qısamüddətli və uzunmüddətli ola bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə, qısamüddətli - on beş ilədək və uzunmüddətli - on beş ildən doğsan doqquz ilədək müəyyən edilə bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu istifadəyə götürən şəxslər tərəfindən ödənilir. Xüsusi mülkiyyətdə olan torpaqlara görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən onu istifadəyə götürən şəxslərdən həmin torpağa görə torpaq vergisinin ödənilməsi tələb olunmur. Torpaq sahələri üzərində hüquqlar onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 3.4. Torpaq vergisinin dərəcələri. 3.4.1. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən

Torpaq vergisinin hesablanmasına dair misallar:

Published: 2018-09-30 0:32, Category: Vergi

Misal 1. Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 ha əkin sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 №– li qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Kürdəmir rayonuna daxil olan Aran-Şirvan kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir. Bu halda fiziki şəxsin 2,5 ha torpaq sahəsinə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat  x 2,5 ha)  torpaq vergisi hesablanır. Misal 2. Hacıqabul rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürmüşdür. Muğan-Salyan kadastr qiymət rayonu üzrə Hacıqabulun düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir. Bu halda fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat (1 ha otlaq sahəsinin şərti balı 9,8 x 0,06 manat  x 50 ha) torpaq vergisi hesablanır. Misal 3. Goranboy rayonunun tabeliyində olan Dəliməmmədli şəhərində fiziki şəxs 200 kv.metr torpaq sahəsini ticarət-məişət xidmətlərinin göstərilməsi üçün istifadəyə götürmüşdür. Fiziki şəxsə bu sahəyə görə 4 manat (200 kv.metr x 2 manat/100 kv.metr) torpaq vergisi hesablanır. Misal 4. Bakı şəhərində kommersiya məqsədi üçün istifadə olunan bina 5 fiziki şəxsə məxsusdur. Binanın altında olan torpaq sahəsi 500 kv.metrdir. İki fiziki şəxsin  hər birinə 120 kv.metr, 3-cü şəxsə 100 kv.metr, 4-cü və 5-ci şəxslərin hər birinə 80 kv.metr tikili sahəsi düşür. Birinci 2 nəfərin hər birinin binanın ümumi sahəsindəki payı 24 % (120:500 x100), 3-cü şəxsin payı 20 % (100:500 x100), 4-cü və 5-ci şəxslərin hər birinin payı isə 16 % (80:500 x100) təşkil edir. Bu halda, binanın altında olan torpaq sahəsinə hesablanmış 50 manat (500 kv.metr x 10 manat/100 kv.metr) torpaq vergisi tikilidəki paylara mütənasib olaraq  birinci 2 nəfərin hər biri üçün 12 manat (50 manat x 24%), 3-cü şəxs üçün 10 manat (50 manat x 20%), 4-cü və 5-ci şəxslərin hər biri üçün 8 manat (50 manat x 16%) məbləğində hesablanır. Misal 5. Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10500 kv.metr bağ sahəsi vardır. Bağ sahəsinin 10000 kv.metrdən artıq olduğu nəzərə alınaraq torpaq    vergisinin illik məbləği aşağıdakı kimi hesablanır: torpaq sahəsinin 10000 kv.metri üçün 60 manat (10000 x 0,6/100); torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 6 manat ((10500 - 10000) x 1,2/100); cəmi: 66 manat (60 + 6). 3.9. Fiziki şəxslərin torpaq vergisi üzrə güzəşt və azadolmalar. 3.9.1. Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən bu Məcəllənin 102.2-ci  maddəsində göstərilən aşağıdakı şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır: - Azərbaycan Respublikasının Milli Qəhrəmanları; - Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları; - müharibə əlilləri; - həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri); - 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər; - qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər (müharibə veteranı adı almış şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən və həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi formada “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilmiş şəxslər aiddir); - Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır. 3.9.2. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunveri

YENİMULK,AZ

Published: 2018-04-25 17:16, Category:

Salam,xahiş olunur elanlarınızı yenidən elan verin.Bəzi şəkillər texniki problemlərə görə silinib   http://yenimulk.az/
Ev alqi satqisi, Ev elanlari, Ev satilir, Torpaq alqi satqisi, Heyet evleri satilir, Pulsuz elanlar sayt, torpaq sahesi, bina evleri, yeni tikili, ba evleri, yeni tikili menziller, yeni tikili evler, torpaq elanlari, bina evleri, torpaq alqi satqisi elanlari, yen emlak, yeni binalarda ev alqi satqisi, bakida ev alqi satqi, ev alqi satqisi, kiraye evler, yeni emlak, ev elanlari, dasinmaz emlak, yeniemlak, bina, birja